“Kəpəz”in avtobusunun bərbad vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə foto yayılıb.
Şəkildə nəqliyyat vasitəsinin içinin yararsız hala düşməsi görsənir.
Oturacaqların üzərinin bir neçə yerdən söküldüyü burada əksini tapıb.
“Kəpəz”dən bu görüntüyə aydınlıq gətirilib.
Klubdan saytımıza bildirilib ki, yayılan foto köhnədir və komandanın hazırkı avtobusunu əks etdirmir.
Gəncə təmsilçisi avtobusun hazırkı vəziyyətini əks etdirən video görüntünü də redaksiyamıza təqdim edib.
Buradan aydın olur ki, minik hər cəhətdən normal durumdadır. Saz vəziyyətdə olan avtobusin içi də, çölü də səliqəlidir, heç bir problem yoxdur.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
