“Kəpəz”lə “Gəncəbasar” Gəncə derbisinə çıxacaq

03:40 Kəpəz 101
“Kəpəz”lə “Gəncəbasar” Gəncə derbisinə çıxacaq

Misli Premyer Liqasının 2-ci turunun “Qarabağ”la oyunu təxirə salınan “Kəpəz” yoxlama oyunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv I Liqada mübarizə aparan “Gəncəbasar”la üz-üzə gələcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İki Gəncə klubunun qarşılaşması “Kəpəz”in məşq mərkəzində baş tutacaq. Avqustun 23-də keçiriləcək matç saat 17:30-da start götürəcək.

“Kəpəz” Premyer Liqanın ilk turunda səfərdə “Sabah”a 0:2 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!