"Sabah" Avropada yaxşı çıxış edir, gücü hər kəsə məlumdur"

18 Avqust 17:00 Kəpəz 810
"Sabah" Avropada yaxşı çıxış edir, gücü hər kəsə məlumdur"

"Kəpəz"in müdafiəçisi Urfan Abbasov Premyer Liqanın 1-ci turunda "Sabah"a məğlub olduqları (0:2) görüş haqda Sportinfo.az-a açıqlama verib.

Təcrübəli oyunçu oyunun qırılma nöqtəsi kimi verilən penaltini qeyd edib:

"Sabah" Avropada yaxşı çıxış edən komandamızdır. Gücü hamıya bəllidir.

Baxmayaraq ki, hələ ikinci heyətlə meydana çıxmışdılar.

Biz də oyunun müəyyən məqamlarında yaxşı oynadıq. Təəssüf ki, penaltidən qapımızda qol gördük.

Hələ birinci oyunumuz idi. Məncə, oyundan-oyuna daha yaxşı forma yığa bilərik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!