10 ildən sonra Premyer Liqa komandasına qayıtdı - RƏSMİ

11 Avqust 01:10 Kəpəz 555
10 ildən sonra Premyer Liqa komandasına qayıtdı - RƏSMİ

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisi Namiq Ələsgərovu heyətinə qatıb. 31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi “sarı-göylər”in formasını geyinəcək.

Namiq Ələsgərov son mövsümdə “Zirə”nin heyətində çıxış edib.

2015/2016-cı il mövsümünün ikinci yarısında “Kəpəz”in formasını geyinən futbolçu 15 oyunda 3 qola imza atıb. Namiq Ələsgərov Azərbaycan millisinin də formasını geyinib.

"Kəpəz" bu yay Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar, Urfan Abbasov, Kennet Kalunqa və Viktor Stinanı da heyətinə cəlb edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi