Premyer Liqa klubundan baş məşqçilərə qeyri-adi təklif

16:40 Kəpəz 229
Premyer Liqa klubundan baş məşqçilərə qeyri-adi təklif

“Kəpəz”in Azər Məmmədovla razılaşmasının əsl səbəbi üzə çıxıb.

Bildiyiniz kimi, Azər Bağırovla yolların ayrılmasından sonra titullu məşqçilərlə danışıqlara start verilmişdi.

Siyahıda kimlərin adı yox idi?

“Neftçi”ylə Azərbaycan çempionu olmuş Arif Əsədov, “Qəbələ” ilə Azərbaycan kubokunu qazanmış Elmar Baxşıyev, həm “Qəbələ”, həm də “Keşlə” ilə ölkə kubokunun qalibi olmuş Sənan Qurbanov və sair.

Gəncə klubunun rəsmiləri hər biri ilə görüşüb, danışıb, müzakirə aparıb, lakin ortaq məxrəc əldə olunmayıb.

Niyə?

Məşqçilərə deyilib ki, müqaviləyə qol çəkib işə başlayırsınız. Ancaq başlanğıc uğursuz olsa, başqa cür desək, nəticələr rəhbərliyi razı salmasa, əşyalarınızı yığıb gedirsiniz. Buna görə sizə cəmi 2 ayın təzminat pulu ödənəcək.

Heç biri bu şərtlə razılaşmayıb. Əl sıxıb, sağollaşıb ayrılıblar.

Peşəkar futbolda ilk dəfə eşitdiyimiz bu şərt “Kəpəz” rəhbərliyinə məxsusdur. Bununla həm baş məşqçilərdə məsuliyyət yaratmaq istəyirlər, həm də klubun maddi yükdən xilas etmək.

Sıra gəlib Azər Məmmədova çatanda, gəncəli mütəxəssis razılaşıb. İşsiz qalmaqdansa, növbəti dəfə Premyer Liqada bəxtini sınamaq həvəsinə düşüb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 21:30 Çək və bizə göndər!