"Kəpəz"in baş məşqçisi Azər Məmmədov "Şamaxı" ilə heç-heçə etdikləri yoxlama oyunu haqda danışıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis komandasının oyununda irəliləyiş hiss etdiyini deyib:
"Bu yoxlama oyunumuz hazırlıq dövrünün ikinci hissəsinə təsadüf edib. Bu matçın hazırlığına 4 gün idi ki, başlamışdıq və gündə iki dəfə məşq keçirdik.
Futbolçular məşqlərdə də, oyunda da özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar. Təbii ki, çatışmayan məqamlar var.
Bir neçə mövqedə futbolçularla danışıqlar gedir. Seleksiya işlərini yekunlaşdırmaq üzrəyik.
Sevindirici hal ondan ibarətdir ki, ilk görüşlə müqayisədə fiziki hazırlıq və texniki baxımdan irəliləyiş hiss olunur.
Amma daha çox çalışmalıyıq ki, çatışmayan cəhətlərimizi aradan qaldıraq. Qəbələdə keçirilən hər iki oyunda bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm".

