"Kəpəz"in futbolumuzda yeri xüsusidir.
Burada hər təyinat, hər transfer açıqlaması ciddi müzakirə olunur.
Əksər hallarda tənqid hədəfinə çevrilir.
Bunun tək səbəbi var - Gəncəlilər futbolu bilir.
Bəli, parçalanma var, qruplaşmalar yaradılıb, maraqlara xidmət edilir, amma həm də futbolu bilirlər.
Sən o qədər düzgün addım atmalısan ki, birmənalı müsbət qarşılansın.
Məsələn, ən son transfer Rojerio Santos kimi...
Portuqaliyalı kiperin keçidi bölgə azarkeşləri tərəfindən toy-bayramla qarşılanıb.
Səbəbsiz deyil.
26 yaşlı çərçivə qoruyucusu 2024/25 mövsümündə "Kəpəz"də çıxış edib.
Arxada yaxşı iz buraxıb.
Yerli publika hələ də onu xoş xatirələrlə yada salır.
Sosial şəbəkələrdə yazılan çoxsaylı şərhlər bunu deməyə əsas verir.
Bəzilərini təqdim edirik:
"Gözəl xəbərdi".
"Axır ki, normal bir transfer edildi".
"Qəşəng".
"Əla, ardı gəlsin".
"Bax, buna deyərəm transfer".
"Belə transferlər oldu, bizmi alqışlamadıq?".
"Yeni mövsümə ümidlə baxmaq olar".
XANOĞLAN / SPORTİNFO.AZ

