Aşağı liqada 15 qola imza atdı, sorağı Premyer Liqadan eşidildi

03:00 Kəpəz 81
Aşağı liqada 15 qola imza atdı, sorağı Premyer Liqadan eşidildi

Birinci Liqa təmsilçi “Mingəçevir”in sabiq legioneri Kenet Kalunqa Premyer Liqa klubunda oynayacaq.

Sportinfo.az xəbər verir ki, zambiyalı hücumçu “Kəpəz”ə keçib.

Ötən mövsüm Birinci Liqanın 15 qolla ikinci ən yaxşı bombardiri olmuş Kalunqa ilə yaxın günlərdə bir illik müqavilə imzalanacaq.

29 yaşlı hücumçunu “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Cavid Hüseynov da istəyirdi.

O, qeyri-rəsmi çalışdırdığı “Cəbrayıl”dan onu hədəfləmişdi. “Kəpəz” isə Kenet Kalunqanı hələ qış fasiləsində - Azər Bağırovun vaxtından istəyirdi. Lakin onda “Mingəçevir” Premyer Liqaya oynadığından, klub futbolçuya gələn təklifi gizlətmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!