Millimizin sabiq yarımmüdafiəçisi "Kəpəz"lə ANLAŞDI

20:40 Kəpəz 221
Millimizin sabiq yarımmüdafiəçisi "Kəpəz"lə ANLAŞDI

Yeni mövsümə hazırlaşan "Kəpəz" heyətini daha bir transferlə gücləndirib.

Bölgə klubu Vadim Abdullayevi heyətinə qatıb.

Təcrübəli futbolçu artıq Gəncə təmsilçisinin təlim-məşq toplanışına qoşulub.

Millimizin sabiq orta sahə oyunçusu son mövsümü "Karvan-Yevlax"da olub.

O, meydanda olduğu 30 qarşılaşmada 1 qolla yadda qalıb.

"Bakı"nın yetirməsi daha əvvəl isə "Araz-Naxçıvan", "Sumqayıt", "Sabah", "Simurq" və "Qəbələ"də forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti