«Kəpəz» İdarə Heyətinin sədri Anar Abdullayevin gündəlik nəzarəti altında fəaliyyət göstərəcək.
Günlər öncə iş başına keçən yeni rəhbər Bakıdan Gəncəyə köçməyi lazım bilib.
Bundan sonra Nizami yurdunda yaşayacaq sədr hər gün işə çıxacaq, görülən və görüləcək işləri idarə edəcək.
Vaxtilə «Azərlotoreya»da çalışmış funksioner bununla keçmiş yönətimin səhvini düzəltməkdə maraqlı olduğunu göstərir.
Adil Vəliyev sədr postunu tutduğu 1 il ərzində ayağını bir dəfə Gəncə torpağına basmayıb, əlini ağdan-qaraya vurmayıb, heç nəylə maraqlanmayıb.
O, idarə aparatını Bakıda qurub, çox nadir hallarda hansısa məsələyə münasibət bildirib.
Anar Abdullayev bu cür yanaşmanın əleyhinədir. Yeni sədrin mövqeyi anlaşılandır - «Kəpəz»in qaçqın həyatı arxada qalıb.
Gələn mövsümdən ev oyunlarını doğma şəhərdə keçirəcəklər.
İstifadəyə yararlı hala gətirilmiş Gəncə şəhər stadionu ötən üç ildə rəqiblərini Tovuz, Qəbələ və Yevlaxda qəbul etmiş komandanın yolunu gözləyir.
SPORTİNFO.AZ

