Dioqo Verdaska "Kəpəz" rəsmilərinin təklifini geri çevirib.
Müdafiəçi ilə ötən mövsüm başa çatandan bir qədər sonra yeni 2 illik müqavilə imzalanıb.
Köhnə rəhbərlik portuqaliyalı legionerlə aylıq 9 min dollar qarşılığında razılaşıb.
Bu da hazırkı maaş büdcəsi üçün yüksək rəqəmdir.
Kapitana yolların ayrılması təklif edilib.
Ki, yerinə daha münasib qiymətə başqa əcnəbi alınsın.
Amma 29 yaşlı əcnəbi istəyi geri çevirib.
Heç müzakirə belə aparmayıb.
Verdaska 2024-cü ildən bölgə klubunda forma geyinir.
Burada keçirdiyi 61 qarşılaşmada 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

