"Kəpəz" daha bir futbolçu ilə yolları ayırıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqaviləsi başa çatan Fərid Nəbiyev komandanı tərk edib.
26 yaşlı yarımmüdafiəçi ötən mövsüm Misli Premyer Liqasında və kubokda ümumilikdə 34 matçda meydana çıxıb və 4 qol vurub. O, 2025-ci ilin iyul ayından "Kəpəz"də çıxış edirdi.
Yay fasiləsində Rauf Hüseynli və Məmməd Hüseynov da "Kəpəz"dən ayrılıb.

