“Neftçi”nin sabiq futbolçusu Azərbaycana qayıtmayacaq.
Kilan Lebon karyerasını Cənubi Koreyada davam etdirəcək.
28 yaşlı cinah yarımmüdafiəçisi 2025-ci ilin yayından şərəfini qoruduğu “Jeonnam Dragons”u tərk edərək “Suvon”a üz tutub.
San Martin millisinin şərəfini qoruyan fransız futbolçunu Cənubi Koreyada iş yerini dəyişməyə sərfəli maliyyə şərtləri məcbur edib.
O, indiki klubunda əvvəlkinə nisbətən daha çox pul qazanacaq.
Məhz Asiya ölkəsindən təkliflərin olmasına görə, Lebon “Kəpəz”in təklifini geri çevirib. Daha doğrusu, Gəncə təmsilçisindən böyük məbləğ tələb edib.
“Neftçi”nin sabiq “11 nömrə”si 2023-cü ilin yanvar ayından 2025-ci ilin fevral ayına qədər ağ-qara formanı geyindiyi müddətdə 73 oyunda şans qazanmaqla 6 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ

