Ondan qabaq burada işləyən iki məşqçiyə öz korpusunda yer vermədi

16:00 Kəpəz 228
Ondan qabaq burada işləyən iki məşqçiyə öz korpusunda yer vermədi

«Kəpəz»in yeni baş məşqçisi Azər Məmmədov iki köməkçi ilə işləməkdən imtina edib.

Üç illik aradan sonra doğma şəhərinin klubuna dönən mütəxəssis Rakif Əliyev və Zaur Əsədovu öz korpusunda görmək istəməyib.

Adıçəkilən cütlük ondan qabaq burada Azər Bağırovun yardımçısı vəzifəsini yerinə yetirib.

Bugünlərdə Gəncə təmsilçisi ilə 1 illik müqavilə bağlamış çalışdırıcı rəhbərliyin diqqətinə çatdırıb ki, o, yalnız özünün istədiyi şəxslərlə çiyin-çiyinə işləyəcək.

Bu siyahıda köhnələrdən yalnız Vüqar Məmmədova yer verib. Kərim Diniyevlə Cavid Məmmədov isə yeni köməkçiləri sırasındadır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti