Yeni baş məşqçinin kimliyi barədə AÇIQLAMA: “Tezliklə…”

19 İyun 10:40 Kəpəz 1 590
Yeni baş məşqçinin kimliyi barədə AÇIQLAMA: “Tezliklə…”

«Kəpəz» yeni baş məşqçisinin kimliyini hələ konkretləşdirməyib.

Bu barədə Sportinfo.az-a klubun Media və Marketinq direktoru Gəray Qiyasov bildirib.

Onun sözlərinə görə, namizədlərin hər biri ilə müzakirələr aparılır:

«Onlar arasında yerli və əcnəbi mütəxəssislər var. Yekun qərar tezliklə veriləcək».

Gəncə təmsilçisini son olaraq Azər Bağırov çalışdırıb.

Ötən ilin oktyabrında «sarı-göylər»in sükanı arxasına keçmiş mütəxəssis komandanı Premyer Liqada saxlamaq vəzifəsinin öhdəsindən gəlib.

Di gəl, malliyə şərtlərində yaranan fikir ayrlığına görə, o, mayda iş yerini dəyişib, «Şamaxı»nın yolunu tutub. Bağırov «şirlər»lə 3 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti