“Kəpəz”dən yeni sədrin təyinatıyla bağlı AÇIQLAMA

18 İyun 21:20 Kəpəz 1 087
“Kəpəz”dən yeni sədrin təyinatıyla bağlı AÇIQLAMA

“Kəpəz”də struktur dəyişikliyi olacaq.

Bu haqda Sportinfo.az-a klubun Media və Marketinq direktoru Gəray Qiyasov məlumat verib.

Onun bildirdiyinə görə, yaxın günlərdə Gəncə təmsilçisinə yeni sədr təyin ediləcək.

Məlumata əsasən, bu vəzifəyə Anar Abdullayev gətiriləcək. O, bu vəzifədə Adil Vəliyevi əvəzləyəcək.

Klub rəhbərliyində baş verəcək dəyişiklərə baxmayaraq, İdarə Heyətinin üzvü Fərman Əlizadə fəaliyyətini əvvəlki vəzifəsində davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti