Telefon zəngi aldı, baş məşqçi postuna əyləşməkdən imtina etdi - Əgər bura gəlsən…

15 İyun 09:20 Kəpəz 722
Telefon zəngi aldı, baş məşqçi postuna əyləşməkdən imtina etdi - Əgər bura gəlsən…

Azər Bağırovun «Şamaxı»ya gedişindən sonra baş məşqçi xtarışına çıxan «Kəpəz»in Arif Əsədovla anlaşmasından xəbərdarsız.

Premyer Liqada sonuncu dəfə 11 il əvvəl çalışmış mütəxəssis yaxın günlərdə yeni işinin başına keçəcək.

O, Gəncə təmsilçisinin ilk və yeganə namsizədi olmayıb. «Sarı-göylər» ondan öncə Elmar Baxşıyevlə danışıqlar aparıb.

Bu ilin əvvəlində «Araz-Naxçıvan»ın sükanı arxasından uzaqlaşdırılmış məşqçinin təyinatının gerçəkləşməməsinə dair saytımıza ilginc məlumat daxil olub.

Demə, Baxşıyevə klub rəhbərliyi ilə danışıqlar apardığı vaxtı Gəncədən telefon zəngləri gəlib. «Kəpəz»in bəzi veteranları onunla əlaqə saxlayıb, burada işləməkdən imtina etməsini istəyiblər.

Açıq-aşkar ona bildiriblər ki, təklifi geri çevirməsə, onu bir sıra problemlər gözləyir. Əlqərəz, Baxşıyevə təzyiq göstəriblər. Və bu, təsirsiz qalmayıb.

Baxşıyev anlayıb ki, indidən təhdidlər üstünə yağmağa başlayıbsa, gör, sonra proses hansı istiqamətə yönələcək. Aldığı zənglərdən dalağı sancıb, danışıqlardan geri çəkilib.

Adını da qoyub ki, klubun büdcəsi aşağıdır, qarşıya qoyulan məqsədləri yerinə yetirmək mümkün olmayacaq. Əslində isə bu təyinatın qarşısını alan məlum telefon zəngləridir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!