“Kəpəz“in yeni rəhbərinin kimlyi bilinib.
Adil Vəliyevi İdarə Heyətinin sədri postunda Anar Abdullayev əvəzləyib.
Təyinatın yaxın günlərdə rəsmən açıqlanması nəzərdə tutulub.
Adil Vəliyev 2025-ci ilin əvvəlində “Kəpəz“i himayəsinə götürüb. Həmin ilin iyulunda İdarə Heyətinin sədri postuna əyləşib.
Klubdan gedişi maliyyə rıçaqlarının zəifləməsindən irəli gəlir. Bu da təsadüfi deyil. Çünki o, Adnan Əhmədzadənin yaxın kadrı olaraq tanınır.
Adını çəkdiyimiz şəxs 2025-ci ilin sentyabrında həbs olunduqdan sonra Vəliyevin maliyyə sferasında vəziyyəti pisləşib.
SPORTİNFO.AZ
