Təzəlikcə evləndi, bölgə klubu ona təklif göndərdi

16:40 Kəpəz 303
Təzəlikcə evləndi, bölgə klubu ona təklif göndərdi

“Kəpəz”in qapıçısı iş yerini dəyişə bilər.

Məmməd Hüseynov Premyer Liqanın başqa klubundan təklif alıb.

“İmişli” 27 yaşlı qapıçını heyətində görməkdə maraqlıdır.

Aran təmsilçisinin baş məşqçisinin adı rəsmən açıqlanmasa da, imişlilərin ispan çalışdırıcı ilə anlaşdığı çoxdan məlumdur.

Hazırda vətənində olan mütəxəssis ona təklif olunan yerli futbolçuları gözdən keçirib, qərarını klub rəhbərliyinə bildirir, başbilənlər də buna uyğun addım atır.

Bu dəqiqə əsas məqsəd yerli bazardakı işləri yekunlaşdırmaq, daha sonra Avropa və Afrika vitrininə göz gəzdirməkdir.

Məmməd Hüseynov təklif alısa da, son sözünü deməyib. “Kəpəz”də qalmaqda maraqlıdır, işin əmması odur ki, yeni baş məşqçinin kim olacağı və kluba hansı büdcənin ayrılacağı bilinmir.

Bu yaxınlarda ailə həyatı quran Hüseynov 2024-cü ildən Gəncə təmsilçisinin formasını geyinir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti