Azəraycanda bir klubun sükanı arxasından ayrıldı, digərində namizəd oldu

16:00 Kəpəz 203
Azəraycanda bir klubun sükanı arxasından ayrıldı, digərində namizəd oldu

Azər Bağırovu baş məşqçi postunda saxlaya bilməyən «Kəpəz» Andrey Demçenkonu yenidən gündəminə alıb. Bu ilin yanvar-may ayları ərzində «Araz-Naxçıvan»ı çalışdırmış ukraynalı ilə danışıqlar start götürüb. Ölkəsində işləmək istəməyən mütəxəssis Gəncə təmsilçisinin çağırışına müsbət yanaşır. O, yenidən Azərbaycana qayıtmaq üçün bu dəyərləndirmək niyyətində olduğunu bildirib.
«Araz»a gələnədək Qazaxıstanda «Jenis»in sükanı arxasında dayanmış Demçenko burada ona bəslənilən ümidləri doğrultmayıb. «Ağ-qırmızılar»ı avrokuboklara daşıya bilməyən baş məşqçi Premyer Liqada altıncı yeri tutmaqla kifayətlənib. Odur ki, Naxçıvan klubu ukraynalı ilə müqaviləni uzatmayıb, yerinə isə Cavid Hüseynov gətirilib.
«Kəpəz» Demçenkonu yeni tanımır. Ötən ilin payızında da «sarı-göylər»in namizədləri siyahısında yer alıb. Lakin həmin vaxt yerli rəhbərlik üstünlüyü Azər Bağırova verib, o da komandanı elitada saxlamaq tapşırığının öhdəsindən gəlib. Fəqət, tərəflər yeni kontrakt şərtlərində anlaşa bilməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti