Yeni baş məşqçi özüylə 2 köməkçi gətirdi, 3 nəfəri istəmədi

10:40 Kəpəz 217
Yeni baş məşqçi özüylə 2 köməkçi gətirdi, 3 nəfəri istəmədi

«Şamaxı»nı yeni mövsümdə kimin çalışdıracağını bilirsiz. Ayxan Abbasovun gedişinə mane ola bilməyən «şirlər» Azər Bağırovla anlaşıb.

Ötən ilin oktyabrından bəri «Kəpəz»i çalışdıran mütəxəssislə 2 illik müqavilə imzalanıb.

O, gəncə klubunda çiyin-çiyinə çalışdığı 2 məşqçini də özüylə bura gətirib.

Qardaşı Araz Bağırov və Rakif Əliyev iş yerini dəyişməyə razılıq veribsə, Vüqar Məmmədov «Kəpəz»i tərk etməyib.

Əvəzində Ayxan Abbasovun korpusundan burada qalmış 3 nəfərin xidmətinə ehtiyac duymayıb. Bunlar Anar Vəliyev, Xəyal Qarayev və Əyyub Əliyevdir.

İyunda komandanın başına keçəcək mütəxəssis həmin vaxtadək qapıçılar üzrə köməkçi tapmağa çalışacaq.

«Şamaxı»nı son iki ildə A.Abbasov çalışdırıb. Əyalət təmsilçisini Premyer Liqada saxlamağı bacaran mütəxəssis bundan sonra diqqətini yalnız milliyə yönəldəcək.

Bu, ən azı 2026-cı ilin dekabrınadək belə olacaq. Çünki AFFA ilə bağladığı müqavilənin müddəti həmin tarixədək qüvvədədir.

İşbirliyinin davam etməsi yığmanın UEFA Millətlər Liqasının D Liqasında qazanacağı nəticələrdən asılıdır. Burada Litva və Lixtenşteynə rəqibik.

Oyunlar bu ilin sentyabr-noyabr ayları aralığında keçiriləcək. Komandamız C Liqasına geri qayıda bilsə. Federasiya Abbasovla anlaşmanı uzadacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti