Azər Bağırov «Kəpəz» rəhbərliyinin müqaviləni uzatmaqla bağlı ikinci təklifini geri çevirib.
Ötən ilin oktyabrında Gəncəyə qayıtmış və komandanı Premyer Liqada saxlamaq vəzifəsinin öhdəsindən gəlmiş baş məşqçi yeni şərtləri qəbul etməyib.
Tərəflər məşqçilər korpusunun maaş fondunun artırılması konteksində ortaq məxrəcə gələ bilməyib.
Ötən müddət ərzində 10 min manat civarında əməkhaqqı almış çalışdırıcı bu rəqəmə daha 4000-5000 manat əlavə olunmasını istəyib.
Yəqin ki, o, başqa təkliflər aldığı üçün «Kəpəz»də qalmağa həvəs göstərməyib.
Hər halda Bağırov təlabatlı məşqçi olması barədə mediaya açıqlama verib. Buradan çıxan nəticə odur - şərtlər harada yaxşı olarsa, mən ora da gedəcəm.
Gedə biləcəyi klublar arasında «Sumqayıt», «Araz-Naxçıvan» və «Şamaxı»nın adı tez-tez hallanır. Böyük ehtimalla, «şirlər»lə əl sıxışacaq.
SPORTİNFO.AZ

