Azərbaycanda populyar olan klubu himayəsinə götürmək istəyən kimdir?

21:15 Kəpəz 178
Azərbaycanda populyar olan klubu himayəsinə götürmək istəyən kimdir?

Bir neçə ildir minifutbolda varlıq göstərən «Birbaşa Bakı»nın sahibləri artıq futbola gəlir.

Saytmız bu yöndə maraqlı məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, onlar «Kəpəz»i himayəsinə götürməyə hazırlaşır.

«Birbaşa»nın himayədarları artıq həm «Kəpəz», həm də AFFA rəhbərliyi ilə görüşlər keçirib.

Burada mümkün tərəfdaşlığın detalları geniş müzakirəyə çıxarılıb. Klubun mövcud vəziyyəti, problemlər və növbəti hədəflər konteksində hərtərəfli fikir mübadiləsi aparılıb.

Potensial iddiaçının bəzi şərtləri var. Onların yerinə yetirilməsi isə klubun hazırkı rəhbərliyindən asılıdır.

Misalçün, şirkət «Kəpəz» səhmlər paketinə yiyələnmək fikrindədir. İlyarım əvvələ qədər «sarı-göylər»in səhmlər paketi AFFA-ya aid idisə, indi bütün sənədlər Adil Vəliyevin adınadır.

Adıçəkilən iş adamı isə İdarə Heyətinin sədri vəzifəsindən getmək üzrədir. Hər halda federasiyadan bizə belə deyirlər.

Verilən məlumata görə, A.Vəliyev daha kluba maliyyə ayırmaq iqtidarını itirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti