Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq.
Hesabat həftəsinin mərkəzi qarşılaşması Masazırda keçiriləcək.
“Sabah” “Bank Respublika Arena”da “Neftçi” ilə üz-üzə gələcək.
Hazırda turnir cədvəlinə 75 xalla “Sabah” başçılıq edir. 53 xalı olan “Neftçi” dördüncü, 50 xala malik “Zirə” isə beşincidir.
Çempionatın son üç matçında 9 xal toplayan ”ağ-qaralar” Masazır səfəri öncəsi Kenan Piriçdən üzücü xəbər alıb.
Keçən ilin yayından bəri bu formanı geyinən bosniya və herseqovinalı qapıçı son məşqlərə çıxmayıb.
Balkanlı kiper belində ağrıların yaranmasını əsas gətirərək, qarşıdakı oyunda adının iştirak ərizəsinə salınmamasını istəyib.
”Neftçi”yə Türkiyədən - ”Antplyaspor”dan gəlmiş Piriç son vaxtlar düşüş yaşayır.
Emil Balayev daha yaxşı forma yığdığından, baş məşqçi Yuri Vernidub axır üç həftədə «çərçivə»ni ona tapşırıb.
SPORTİNFO.AZ

