"Keçən ilə baxanda daha yaxşıdır" - Azər Bağırov

22:10 Kəpəz 112
"Keçən ilə baxanda daha yaxşıdır" - Azər Bağırov

Bu gün Misli Premyer Liqasında XXXII tur çərçivəsində "Kəpəz" səfərdə "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:

"Qarşımıza qoyulan minimum hədəfə çatdığımız üçün bu gün rotasiyalar etdik. "Araz-Naxçıvan"ı təbrik edirəm, onlara uğurlar arzulayıram".

- Futbolçuları "Neftçi" ilə oyuna necə motivasiya edəcəksiz?

- Hər oyunda motivasiyamız var. Sadəcə olaraq bu gün mövsüm ərzində az oynayan futbolçulara şans verdik. Motivasiya vermək çətin olmayacaq. Düşünürəm ki, oyunçular "Neftçi" ilə matça yaxşı köklənəcəklər.

- Həmin oyunda da gənclərə şans verməyi düşünürsüz?

- Onu zaman göstərəcək. Azarkeşlərimizin qarşısında yaxşı oyun göstərəcəyimizi düşünürəm.

-Yeni rəhbərlik "Kəpəz"ə hansı yeniliklər gətirib?

- Bəzi şeylər keçən ilə baxanda daha yaxşıdır. Hər birinə böyük hörmətim var. Hər şeyi zaman göstərəcək. İldən-ilə futbolçular üçün şey daha yaxşı olmalıdır ki, nəticələr də yaxşı olsun.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti