Premyer Liqanın 31-ci turu «Kəpəz»in üzərindən Kəpəz dağının ağırlığını qaldırdı.
Masazırda «Sabah»ın qonağı olan «sarı-göylər» sürprizə imza atdı və yeni ölkə çempionunu məğlubiyyətə uğratdı.
Rəhman Hacıyevin ilk hissədə vurduğu yeganə qolla 3 xal qazanan Gəncə təmsilçisi elitada yerini itirmək təhlükəsindən qurtuldu.
Xallarının sayını 27-yə çatdıran komanda minumum 10-cu pilləni özü üçün təmin etdi.
28 oyundur uduzmayan «Sabah» üzərində qələbə «Kəpəz» başbilərini əliaçıq davranmağa sövq edib.
Əsas heyətdə meydana çıxan futbolçuların hər birinə 3000 manat civarında mükafat ayrılıb.
SPORTİNFO.AZ

