Ölkəmizin tanınmış klubuna sahib çıxan tapıldı - Təsisçi dəyişir

14:40 Kəpəz 308
Ölkəmizin tanınmış klubuna sahib çıxan tapıldı - Təsisçi dəyişir

«Kəpəz» növbəti mövsümə yeni sponsorla başlayacaq.

Sportinfo.az bu barədə AFFA-dan məlumat əldə edib.

Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, hazırda ölkədə fəaliyyət göstərən şirkətlərdən biriylə danışıqlar aparılır.

Həmin biznes təşkilatı bir neçə sahə üzrə ixtisaslaşıb və kifayət qədər böyük büdcəyə malikdir. Şirkətin rəhbərliyi ilə artıq bir neçə görüş keçirilib.

Gəncə təmsilçisini himayəsinə götürmək istəyən potensial iddiaçının bəzi şərtləri var. Onların yerinə yetirilməsi isə klubun hazırkı rəhbərliyindən asılıdır.

Misalçün, şirkət «Kəpəz» səhmlər paketinə yiyələnmək fikrindədir. İlyarım əvvələ qədər «sarı-göylər»in səhmlər paketi AFFA-ya aid idisə, indi bütün sənədlər Adil Vəliyevin adınadır.

Adıçəkilən iş adamı isə İdarə Heyətinin sədri vəzifəsindən getmək üzrədir. Hər halda federasiyadan bizə belə deyirlər.

Verilən məlumata görə, A.Vəliyev daha kluba maliyyə ayırmaq iqtidarını itirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti