Misli Premyer Liqasının XXXI turunda "Kəpəz" səfərdə "Sabah"a qalib gəldi.
"Bank Respublika Arena"da baş tutan matç gəncəlilərin 1:0 hesablı qələbəsi ilə bitdi.
46-cı dəqiqədə Rəham Hacıyev fərqləndi.
"Kəpəz" bu qələbə sayəsində xallarının sayını 27-yə çatdıraraq 10-cu pillədə möhkəmləndi və Premyer Liqada yerini böyük ölçüdə təmin elədi.
Görüşdən sonra kövrək anlar yaşandı. Qonaqların kapitanı Dieqo Verdaska göz yaşlarına hakim ola bilmədi.
Portuqaliyalı müdafiəçi final fiti verilincə, dizlərini yerə ataraq hönkür-hönkür ağladı
. Bu anda baş məşqçi Azər Bağırov və komanda yoldaşları onun başına cəm oldu, dəstəyini nümayiş etdirdi.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

