"Qarabağ"la "Sabah"ın adını eşidən yapon: "Bizim özəlliyimiz bundadır"

22:40 Kəpəz 110
"Qarabağ"la "Sabah"ın adını eşidən yapon: "Bizim özəlliyimiz bundadır"

"Kəpəz"in yarımmüdafiəçisi Ryonosuke Ohori Premyer Liqanın 31-ci turunda "Sabah"ı məğlub etdikləri (1:0) görüşdən sonra Sportinfo.az-a açıqlama verib.

Yaponiyalı legioner çempion üzərində qələbəni şərh edib:

"Sabah" güclü rəqibdir. Onlar artıq çempiondur. Amma biz təslim olmadıq. Sona qədər qələbə qazana biləcəyimizə inandıq. Nəticədə istəyimizə çatdıq. Bizim üçün önəmli 3 xal olduğunu deməliyəm".

Gəncə təmsilçisi daha əvvəl iki dəfə "Qarabağ"ı məğlub etməsilə adından söz etdirib. Görəsən, güclü rəqiblərə qarşı uğurlu çıxışın sirri nədədir?

25 yaşlı orta sahə oyunçusunu dinləyək:

"Biz güclü komanda oyunu nümayiş etdirdik. Bu da "Kəpəz"in özəlliyidir. Güclü rəqiblərə qarşı daha yaxşı oynamağa çalışırıq və bizdə alınır. Başqa xüsusi sirri olduğunu düşünmürəm. Bəlkə də var. Amma mən əlavə nəsə izah tapmıram".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti