Premyer Liqada öz qapısını səhv salanlar - Onlar da bu siyahıya düşdü

9 May 01:20 Kəpəz 58
Premyer Liqada öz qapısını səhv salanlar - Onlar da bu siyahıya düşdü

“Kəpəz” cari mövsüm ilk dəfə avtoqola üzülüb.

Sportinfo.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 30-cu turuna təsadüf edib.

Turun açılış matçında “Sumqayıt”ı qəbul edən gəncəlilər 2:1 hesablı qələbə qazanıblar. “Kəpəz”in qapıçısı Yusif İmanov 64-cü dəqiqədə avtoqol müəllifi olsa da, komanda son dəqiqələrdə 2 dəfə fərqlənərək, meydanı qalib tərk etməyi bacarıb.

Bununla “Kəpəz” bu mövsüm avtoqolla yadda qalan 10-cu komanda olub.

Buna qədər “Qəbələ”, “Şamaxı” və “Turan Tovuz”un futbolçuları 2, “Karvan-Yevlax”, “Zirə”, “Sumqayıt”, “İmişli”, “Araz-Naxçıvan” və “Neftçi”nin oyunçuları isə 1 dəfə topu öz qapılarından keçiriblər.

Buna qədər yalnız “Sabah” və “Qarabağ”ın heç bir futbolçusu avtoqol müəllifi olmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti