Dörd turluq məğlubiyyətdən sonra gələn ilk qələbə. Tarix təkrarlanır?
«Kəpəz» mövsümün gedişində də belə bir uğursuzluq zolağına ilişib qalmışdı.
Uda bilmirdilər.
«Sumqayıt» üzərində qələbəylə gözlərinə işıq gəldi, ağ yola çıxdılar.
Və yenə «Sumqayıt». Və yenə qələbə. Çətin günlər arxada qaldımı? Son üç turda görəcəyik ki, gücləri çatacaq buna, ya yox.
Budəfəki qalibiyyəti Tanrı bəxş elədi «Kəpəz»ə. 86-cı dəqiqəyə kimi olan gedişat məğlubiyyət vəd edirdi
«Kəpəz»ə. Üç dəqiqəyə təyin olunan iki penalti ilə «vərəq»i çevrildi oyunun.
Bu 3 xal «Kəpəz»i Premyer Liqada saxlayacaq, yəqin ki. Azər Bağırov sevinsə, yalnız nəticəyə sevinə bilər. O, futbolçuları, futbolçular da onu yola verir.
Bir-birlərini indi daha yaxşı «başa düşürlər». Hərə öz hayındadır.
Bağırova məlumdur ki, klub rəhbərliyi vəzifəsinin başında qalsa, daha çiyin-çiyinə çalışmayacaqlar onunla.
Futboçulara da bəllidir bu.
«Kəpəz»in real mənzərəsi bundan ibarətdir, başqa bir səbəb yoxdur komandanın enişində.
Oynayanların ayağı, oynadanın da əli soyuyub gördükləri işdən.
KAMİL

