Sportinfo.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 29-cu turunun “Şamaxı” ilə matçından (0:2) sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.
- Dörd turdur ki, məğlub olmaq komandanı pis duruma salıb. Bu gün qələbə istəyirdik. Sadəcə diqqətsizlik qolla nəticələnir. "Şamaxı"nı təbrik edirəm. İkinci hissədə biz daha üstün idik. Qol da vurduq. Şakir Seyidovun top itkisindən sonra qapımıza qolla nəticələndi. Orta xətdə səhv etməməli olduğumuzu demişdik. Təəssüf ki, səhvlər təkrarlanır və üzücü məğlubiyyətlər alırıq.
- Kənardan görünür ki, müəyyən təzyiqlər var. Nə baş verir komandadaa? Rəhbərliyin dəstəyini hiss edirsiz?
- Hər şeyi görən Allahdır. İşimi vicdanla görməyə çalışıram. Kimin arxada nə iş görməsi, məşqçi olaraq mənim düşüncəmdə zərrə qədər yoxdur. Kim nə iş görür, bilmirəm. Hər kəs cavabını gec-tez alacaq. Mənim üçün Allah yetərdir. Rəhbərliyin dəstəyini hiss edirəm. Komandanın içində olublar, komandaya motivsiyasını da verib.
- I Liqanın 2-ci yeri tutan komandası ilə qarşılaşacaqsız...
- Qarşıda 4 tur var və pley-off haqda fikirləşmək istəmirəm.

