Premyer Liqa təmsilçisinin rəhbərliyindən AÇIQLAMA - Baş məşqçini saxlayırlar?

14:40 Kəpəz 243
Premyer Liqa təmsilçisinin rəhbərliyindən AÇIQLAMA - Baş məşqçini saxlayırlar?

«Əsas məqsəd komandanı toparlamaq və qarşıdakı oyunlarda daha yaxşı nəticə əldə etməkdir».

«Kəpəz»in İdarə Heyətindən Sportinfo.az-a verilən açıqlamada bunlar qeyd olunub.

Gəncə təmsilçisinin rəhbərliyi hazırkı çətin dönəmdə baş məşqçiyə etimad göstərməkdə davam edir. Yönətim Azər Bağırovun arxasında dayandığını bildirib:

«Mövsümün sonuna 5 tur qalıb. Biz baş məşqçimizə inanırıq və əminik ki, bu tapşırığın öhdəsindən gələcək.

Azər Bağırovla gələcək barədə ilkin danışığımız olub artıq. Yaxın günlərdə yenidən masa arxasında oturub, növbəti mövsümün müzakirələrini aparacağıq».

«Kəpəz» hazırda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. 28 tura 21 xal yığan «sarı-göylər» turnir cədvəlinin 10-ci pilləsində «mənzillənib».

Ötən mövsüm komandanı elitada saxlamağı bacarmış A.Bağırov 2025-ci ilin iyununda buradan ayrılıb. O, bir də həmin ilin oktyabrında sükan arxasına dönüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti