"Kəpəz"in "imişli"yə 0:1 hesabı ilə uduzduğu Azərbaycsn Premyer Liqasının XXVIII tur matçında insident baş verib.
Gəncə komandasının qapıçısı Yusif İmanov final fitindən sonra Yevlax şəhər stadionunun tribunalarındakı azarkeşlərlə münaqişəyə girib.
Buna fanatların komandaya sərt iradlar səsləndirmələri səbəb olub. Azarkeşlər gənc qapıçını oyun satmağa görə ittiham edib. Qolkiper isə buna kəskin reaksiya verib.
“Kəpəz” “altı xallıq” oyunda məğlub olmaqla, “İmişli”dən 7 xal geri düşüb.
Gəncə klubunun İdarə Heyətindən məlum hadisəylə bağlı Sportinfo.az-a açıqlama verilib:
“Bu cür hadisənin baş verməsi ürəkaçan deyil. Heç bir futbolçu azarkeşlə mübahisəyə girə bilməz. Yusif İmanovla danışığımız olub. O da səhvini anlayıb və
bundan sonra daha diqqətli olub, emosiyalarını cilovlayacağını bildirib“.

