Klub rəhbərliyi “Sportinfo“ya AÇIQLADI: “Baş məşqçiyə tapşırıq verilib ki…“

15:00 Kəpəz 257
Klub rəhbərliyi “Sportinfo“ya AÇIQLADI: “Baş məşqçiyə tapşırıq verilib ki…“

“Premyer Liqanın son üç turunda qeydə alınan ardıcıl məğlubiyyətlər klub rəhbərliyini narahat edir”.

“Kəpəz“in İdarə Heyətindən Sportinfo.az-a verilən açıqlamada belə deyilib.

Daha sonra bildirilib:

“Baş məşqçi Azər Bağırov və futbolçularımızla görüşümüz olub. Onlarla bununla bağlı danışmışıq.

Çalışdırıcının qarşısına növbəti oyunlarda komandanı toparlamaq və itirilən xalların bərpa olunması tapşırığı qoyulub“.

Gəncə təmsilçisi 1 aydır çempionatda xal üzünə həsrətdir. Martın 20-də Yevlaxda “Qarabağ“a 1:0 hesabıyla qalib gələn “sarı-göylər“ növğəti turlarda “Qəbələ“yə 0:2, “Karvan“a 1:4 və “İmişli“yə 0:1 hesabıyla yenilib.

Nizami yurdunun təmsilçisi 28 turdan sonra turnir cədvəlinin təhlükəli zonasında qərarlaşıb.

Aktivində 21 xal olan komanda 11-ci pillədə ilişib qalıb və ondan bir altı sıradakı “Qəbələ“dən cəmi 2 xal qabaqdadır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti