Bax, kapitan belə gündə komandaya lazımdır! - VİDEO

19 Aprel 22:30 Kəpəz 160
Bax, kapitan belə gündə komandaya lazımdır! - VİDEO

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Kəpəz” və “İmişli” komandaları üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən görüş İmişli təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Kamal Umudlunun idarə etdiyi görüşdə yeganə qolu 38-ci dəqiqədə Azər Salahlı vurub.

Beləliklə, Jorj Kaşkilyanın komandası xallarını 29-a çatdıraraq ən yaxın rəqibi "Şamaxı" ilə xal fərqini 3-ə endirib.

Gəncə təmsilçisi isə 21 xalla 10-cu yerdə möhkəmlənib.

“Kəpəz” – “İmişli” 0:1

Yevlax şəhər stadionu, 500 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Orxan İbişov
Dördüncü hakim: Namiq Bəkirov
VAR: Elvin Bayramov
AVAR: Rəşad Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Mahamadu Ba, 2 (qeyri-idman hərəkəti); Rauf Hüseynli, 33 (qeyri-idman hərəkəti); Adama Fofana, 90+3 (qeyri-idman hərəkəti) // Yau Mozes, 44 (qeyri-idman hərəkəti); Hüseynəli Quliyev, 90+3 (oyunun bərpasının ləngidilməsi); Vüsal Qənbərov, 90+3 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Rakif Əliyev (“Kəpəz”), 86 (hakimin qərarına etiraz)
Qol: Azər Salahlı, 39
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.

“Kəpəz”
33. Yusif İmanov
77. Fərid Nəbiyev
(6. Camal Cəfərov, 73)
5. Rauf Hüseynli
(10. Ryonosuke Ohori, 58)
17. Ümid Səmədov
11. Rəhman Hacıyev
9. Luis Paçu
29. Dioqo Verdaska (k)
(66. Arzu Atakişiyev, 65)
24. Olavale Onanuqa
(88. Şakir Seyidov, 46)
12. Mahamadu Ba
14. Adama Fofana
4. Mate Abuladze
Ehtiyat oyunçular:
22. Məmməd Hüseynov
81. Elgün Bayramov
99. Əli Səmədov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
21. Sadiq Şəfiyev
80. Şahnur İsmayılov
57. Amur Yusifov
Baş məşqçi: Azər Bağırov

“İmişli”
1. Hüseynəli Quliyev
19. Azər Salahlı (k)
5. İdris İnqilablı
94. Rafael Vieqaş
10. Nikola Karaklaiç
(79. Dioqo Kardozu, 63)
29. Edvin Banquera
14. Ronaldo de Souza
6. Yau Mozes
(17. Ezekiel Morqan, 63)
9. Dioqo Almeyda
(21. Abbas Ağazadə, 77)
23. Dioqo Rollo
7. Luis Silvestr
(11. Vüsal Qənbərov, 86)
Ehtiyat oyunçular:
99. İmam Əli
97. Xəzər Mahmudov
70. Mehdi Tahirov
44. Həzrət İsayev
30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 19:40 Çək və bizə göndər!