Gəncə şəhər stadionunun əsas meydançasına hibrid xalça salınıb.
Aprelin 20-dək planşdırılan işlər vaxtından əvvəl başa çatdırılıb.
Yaxın günlərdə sahə toxum səpiləcək. Növbəti 40-60 gün ərzində qazonun istifadəyə hazır vəziyyətə gətirilməsi gözlənilir.
Bu da o deməkdir ki, «Kəpəz» ən yaxşı halda yalnız mayın son günlərində doğma məkanda meydana çıxa biləcək. Onadək isə «sarı-göylər» rəqiblərini Yevlaxda qəbul edəcək.
UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu 15 min 343 yerlikdir.
Stadionda fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaqlar, media və VIP zonalar mövcuddur.
Burada həmçinin futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr də müasir səviyyədə qurulub.
Stadionun daxilində bilet satışı, müxtəlif ictimai iaşə obyektləri, avtodayanacaqlar və nəzarət-buraxılış məntəqələri yaradılıb.
Arena UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, havalandırma, təhlükəsizlik və digər zəruri sistemlər ilə təchiz olunub. İdman qurğusunun ərazisində də geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

