O iclas baş tutdu - Rəhbərliklə baş məşqçi nədə RAZILIĞA GƏLDİ?

15:00 Kəpəz 242
O iclas baş tutdu - Rəhbərliklə baş məşqçi nədə RAZILIĞA GƏLDİ?

«Kəpəz»də iclas keçirilib.

Klub rəhbərliyi ilə Azər Bağırov arasında yığıncaq bir neçə məsələyə həsr olunub.

Burada komandanın Premyer Liqanın son iki turunda «Qəbələ» və «Karvan»a məğlubiyyəti müzakirəyə çıxarılıb.

Yönətim bu nəticələrdən narahatlığını ifadə edib. Qeydə alınan uğursuz göstəricilərin elitada qalmaq yolunda kollektivə mənfi təsiri masaya yatırılıb, vəziyyətdən çıxış yolları aranıb.

Baş məşqçi bildirib ki, o, «qara zolaq» uzun müddət davam etməyəcək, heyəti ən qısa müddətdə toparlayacaq. Bağırov Dioqo Verdaşka və Ohori Ryonosuke kimi aparıcı futbolçuların yoxluğuna diqqət çəkib.

Görüşdə həmçinin yeni mövsümlə əlaqəli işlər müzakirə olunub. «Şamaxı»dan təklif almış mütəxəssis qeyd edib ki, üstünlüyü «Kəpəz»ə verəcək. T

əbii ki, şərtlər və planlar üst-üstə düşərsə. Razılığa əsasən, komandanın liqada qalması dəqiqləşəndən sonra bu yöndə daha konkret danışacaqlar. Yəni, əvvəl arxı keçək, sonra «hop» deyək.

«Sarı-göylər» çempionatın 27 turu ərzində 21 xal toplayıb. Nizami yurdunun təmsilçisi turnir cədvəlinin 10-cu pilləsində qəroarlaşıb və 11-ci sıradakı «Qəbələ»ni 2 xal qabaqlayır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 14:20 Bir də yayda qayıdacaq