Bu gün Premyer Liqada 22-ci tur start götürəcək. İlk gündə iki qarşılaşma keçiriləcək.
Çempionatda qalmaq mücadiləsi verən «Kəpəz» Yevlaxda «Sumqayıt»ı qəbul edəcək.
«Sarı-göylər» qonaqlara qalib gəlməsə, cərimələnəcək. Bu barədə futbolçulara xəbərdarlıq olunub.
Baş məşqçi Azər Bağırov komanda üzvləri ilə keçirdiyi toplantıda belə bir anons səsləndirib.
Çalışdırıcı ötən 1 ayda qeydə alınan nəticələrin qeyri-sabit olduğunu söyləyib, qarşılarına qoyulan məqsədi yada salıb.
«Pro» kateqoriyalı mütəxəssis xatırladıb ki, o, həm sərgilənən oyundan, həm də qeydə alınan göstəricilərdən narazıdır.
Və «Sumqayıt»dan 3 xal almasalar, hər kəs maaşından pul tutulmasına şazır olsun.
Gəncə təmsilçisi 21 tur ərzində 13 xal toplayıb. Nizami yurdunun komandası turnir cədvəlinin 11-ci - sondan əvvəlki pilləsində yerləşib.
SPORTİNFO.AZ

