Premyer Liqanın 22-ci turunda “Kəpəz” nominal meydan sahibi qismində “Sumqayıt”ı qəbul edəcək.
Elitada qalmaq çabası göstərən Gəncə təmsilçisi avrokuboklara vəsiqə uğrunda mübarizə aparan rəqibi ilə görüş üç ciddi itki ilə çıxacaq.
Əsas heyətin dəyişməz üzvləri bu oyunda iştirak edə bilməyəcəklər.
Bunlar Məqsəd İsayev, Rauf Hüseynli və Şakir Seyidovdur.
İsayevlə Hüseynli “Sabah”la qarşılaşmada sarı vərəqə limitini doldurubsa, Seyidov həmin görüşdə qırmızı vərəqə aldığına görə cəzalı duruma düşüb.
Baş məşqçi Azər Bağırovun bu qədər itkinin fonunda “Sumqayıt”a qarşı komandanı oyuna necə hazırlayacağı və hansı heyətdən istifadə edəcəyi sual doğurur.
Fevralın 27-də Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

