«Kəpəz»də yeni təyinat gerçəkləşib.
Nofəl Əzizov ona doğma sayılan klubda işlə təmin edilib.
O, burada veteranlarla əlaqədəndirici vəzifəsinə gətirilib. Tanınmış persona artıq kollektivə təiqdim olunub.
Rəhbərliyin sabiq funksioneri geri qaytarmaqda məqsədi futbol adamları ilə əməkdaşlığı gücləndirmək, onların problem və təkliflərini öyrənmək, həllinə nail olmaqdır.
Bu baxımdan Əzizovun üzərində dayanılması təsadüfi sayılmamalıdır. Adıçəkilən şəxs Gəncənin futbol ictimaiyyəti arasında nüfuz sahibidir: sayılıb-seçilən fiqurdur.
N.Əzizov uzun müddət «Kəpəz»də fəaliyyət göstərib. Müxtəlif vaxtlarda komandanın rəisi, inzibatçısı və lisenziyalaşdırma şöbəsinin rəhbəri kimi «sarı-göylər»ə xidmət edib.
SPORTİNFO.AZ


