Yusifi quyudan çıxaran “Kəpəz” - Bəs o, baş məşqçiyə quyu qazır?

16:00 Kəpəz 202
Yusifi quyudan çıxaran “Kəpəz” - Bəs o, baş məşqçiyə quyu qazır?

Yusif İmanov tezliklə milliyə qayıdacaq.

O, son vaxtlar göstərdiyi inamlı çıxışla ölkənin əsas yığmasına yenidən dəvət almağa layiq olduğunu göstərir.

«Kəpəz» Masazır səfərində böyük hesabla uduzacaqdı - o, qapıda dayanmasaydı. Hər iki hissəni mükəmməl keçirdi, xeyli epizodun baş qəhrəmanı oldu.

İmanovun ayıq-sayıqlığı «Kəpəz»i mövsümün ən irihesablı məğlubiyyətindən xilas etdi. Azər Bağırov təəssüflənə bilər: müdafiə xətti Yusif qədər sayğı duymadı komandaya.

Hədsiz səhvlərə yol verdilər arxa zonada. Dioqo Verdaşka çox geriləyib, elə bil, futboldan və həyatdan küsüb.

Portuqaliyalı legioner Azər Bağırovun «Kəpəz»ə qayıtmasını istəyən futbolçuların başında gəlir. Bilirik ki, onun dönüşü üçün neçə dəfə rəhbərliyin qapısını döyüb.

Arada bu münasibət və yaxınlıq olmasaydı, Verdaşkanın Bağırovun «torba»sını tikməkdən ötrü qəsdən belə zəif oynadığını düşünərdim.

«Kəpəz» Premyer Liqada qalacaq. Qoy, gəncəli futbolsevərlər çox da narahat olmasın. Sadəcə, pley-off oynayacaqlar.

10-cu yerdən yuxarı qalxmaq perspektivi görünmür.

Bu sınıq-salxaq, hər cür xətaya açıq müdafiə xətti ilə yalnız I Liqanın gümüş medalçısını qabaqlaya bilərlər, sadəcə.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti