"Kəpəz"in qapıçısı Yusif İmanov Premyer Liqanın 21-ci turunda "Sabah"a məğlub olduqları (0:1) görüşdə sonra Sportinfo.az-a müsahibə verib.
O, ilk olaraq qarşılaşma barədə danışıb.
- Maraqlı oyun oldu. Yaxşı hazırlaşmışdıq. Təəssüf ki, sona 3-4 dəqiqə qalmış qol buraxdıq. Ən azından 1 xal götürsək yaxşı olardı. Qismət, futbolda belə şeylər olur.
- Ən azı bərabərlik üçün nə çatmadı?
- Məncə, bir balaca diqqətsizlik oldu.
- Kənardan sabiq komandana qarşı xüsusi motivasiya ilə hazırlaşdığın hiss olunurdu...
- Açığı, bütün oyunlara motivasiya ilə çıxıram. Olanları da hər kəs bilir. Belədə iki qat motivasiyalı olmalı idim.
- "Sabah"la aranda olanlar oyununa təsir edirdi?
- 100%.
- Liqada qalmaq hədəfinə çatmaq problem olmayacaq?
- Çox güman olmayacaq. Yerimizi qoruyacağımızı düşünürəm. "Kəpəz" yüksək yerlərə layiqdir.
- Bu cür sonluqdan sonra övbəti oyuna köklənmək çətin olmayacaq?
- Paltardəyişmə otağında uşaqlarla danışdıq ki, "Sumqayıt"la matç bizim üçün ən vacib oyunlardan biridir. Çalışacağıq ki, qələbə qazanaq. Bugünkü məğlubiyyət geridə qaldı. Futbolda belə hallar olur.
XANOĞLAN İMANOV

