"Kəpəz"in Gəncədə keçirəcəyi ilk oyun məlum oldu - SON DƏQİQƏ

19:00 Kəpəz 610
"Kəpəz"in Gəncədə keçirəcəyi ilk oyun məlum oldu - SON DƏQİQƏ

"Kəpəz"in uzun aradan sonra Gəncə şəhər stadionunda ev oyunlarını keçirəcəyini xəbər vermişdik.

Mövzu ilə bağlı yeni bilgilər əldə etmişik.

Bölgə klubu yenidən qurulmuş arenaya may ayında ayaq basacaq.

Premyer Liqanın son turuna təsadüf edəcək "Kəpəz" - "Neftçi" görüşü məhz yerli publika qarşısında baş tutacaq.

Oyun 22-24 may aralığında keçiriləcək.

Artıq bu barədə hər iki kluba məlumat verilib.

Son anda meydança ilə bağlı narahatlıq yaranmasa, plan həyata keçiriləcək.

Gəncə şəhər stadionunda gedən yenidənqurma işlərinə görə "Kəpəz" üçüncü mövsümdü ev oyunlarını ölkənin müxtəlif şəhərlərində (Qəbələ, Tovuz və Yevlax) keçirir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti