“Kəpəz”in akademiyasının məşq meydançasında ilk dəfə olaraq işıqlandırma sistemi quraşdırılır.
Uzun illər ərzində işıqlandırmanın olmaması səbəbindən axşam saatlarında məşqlərin keçirilməsi mümkün deyildi.
Bu isə xüsusilə dərsdən sonra məşq edən aşağı yaş qruplarının yetirmələri üçün müəyyən çətinliklər yaradır və məşq saatlarının məhdudlaşmasına səbəb olurdu.
Yeni sistemin quraşdırılması ilə bu problem tam şəkildə aradan qaldırılacaq.
Prtıq məşqlər daha əlverişli şəraitdə və günün istənilən saatında keçirilə bilər.
Hazırda ərazidə aktiv şəkildə işlər davam edir. Layihə çərçivəsində meydançada ümumilikdə 40 ədəd projektor quraşdırılacaq. İşıq dirəklərinin montaj işləri dünən yekunlaşdırılıb.
Növbəti həftə ərzində isə işıqlandırma sisteminin tam şəkildə hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur.
SPORTİNFO.AZ

