Sabiq "Neftçi"lidən sərt açıqlama: "Mən oranı belə bilmirdim”

21:20 Kəpəz 204
Sabiq "Neftçi"lidən sərt açıqlama: "Mən oranı belə bilmirdim”

"Kəpəz"in yeni yarımmüdafiəçisi Rəhman Hacıyev Sportinfo.az-a açıqlama verib.

Təcrübəli oyunçu ötən mövsüm "Neftçi"dən ayrıldıqdan sonra Birinci Liqa iştirakçısı "Səbail"ə üz tutması təəccüblə qarşılanmışdı.

Yarım illik aradan sonra yenidən elitaya qayıdan orta sahə oyunçusu aşağı liqa təcrübəsini bizimlə bölüşüb.

O, daha çox problemləri dilə gətirib, narahatlığını ifadə edib:

"Onu demək istəyirəm ki, Birinci Liqaya da baxılsa, dəstək olunsa yaxşı olar. Çünki orda yaxşı istedadlı oyunçular var, amma çox əziyyət çəkirlər.

Mən Birinci Liqanı belə bilmirdim. Orada inkişafdan söhbət gedə bilməz.

O meydançalarda inkişaf etmək mümkün deyil. Süni meydançlar da bərbaddır.

Və ya olsun "Bakı Sportinq"in təbii meydançası... Yaxşı komandadır, lakin oradan futbol oynamaq mümkün deyil.

Olsun bu gün Premyer Liqada "İmişli"nin ev oyunlarını keçirdiyi Quba Olimpiya Kompleksinin meydançası. Hansı dövrdə yaşayırıq?

Premyer Liqada belə meydan olar? Oyunda ancaq dalaşırsan.

Biz topu ora vururuq, onlar bizə qaytarır. Çox çətindir. Bizim əlimizdə olan bir şeydir. Dəyişə, düzəldə bilərik.

Bölgələrdə oynamaq gözəldir. Azarkeşlər gəlir, oyunlar maraqlı keçir.

Yaxşı başa düşürəm. Meydançanın vəziyyət çox aşağı səviyyədədir".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti