"Kəpəz" ötən mövsüm xidmətindən yararlandığı oyunçunu düşərgəsinə geri qaytarıb.
Camal Cəfərov cari sezonun ikinci yarısını Gəncə təmsilçisində keçirəcək.
"Sarı-göylər" sözügedən vingeri "Sabah"dan icarəyə götürüb.
Son aylarda Masazır klubunun əvəzedici heyətinin formasını geyinən 24 yaşlı sol cinah oyunçusu artıq bu həftə Premyer Liqaya qayıdışını qeyd edə bilər.
"Kəpəz"də 31 matçda şans qazanmış bəstəboy oyunçu 2 qolla yadda qalmışdı.
Cəfərov 2020-ci ilin iyul ayında «Anji»dən (Rusiya) «Sabah»ın əvəzedici heyətinə gəlib. Bir il sonra «bayquşlar»ın əsas komandasına cəlb olunub.
Ötən müddətdə burada 24 rəsmi oyuna çıxıb, 1 məhsuldar ötürməylə yadda qalıb. Azərbaycanın U-17 və U-21 yığmalarından dəvət alıb.
Nizami yurdunun təmsilçisi qış fasiləsində daha 2 transfer edib.
“Turan Tovuz”dan Veysəl Rzayevlə 6 aylıq müqavilə imzalayan “sarı-göylər” həmçinin gürcüstanlı Mate Abuladzeni sıralarına qatıb.
SPORTİNFO.AZ
.jpg)

