ŞOK SÖZLƏR! “Qarabağ”ı udandan sonra hamınız şişmisiz, gözünüz ayağınızın altını görmür”

10:40 Kəpəz 296
ŞOK SÖZLƏR! “Qarabağ”ı udandan sonra hamınız şişmisiz, gözünüz ayağınızın altını görmür”

«Kəpəz»in baş məşqçisi Azər Bağırov futbolçularına sərt xəbərdarlıq edib.

O, Premyer Liqanın 18-ci turunda «Şamaxı»ya 0:2, ölkə kubokunun ¼ final mərhələsinin ilk oyununda «Turan Tovuz»a 0:1 hesabıyla uduzan komandasından narazılığını bildirib.

Kollektiv üzvləri ilə toplantı keçirən çalışdırıcı onları məsuliyyət hissini itirməkdə qınayıb.

Mütəxəssis qeyd eləyib ki, «Qarabağ» üzərində 2:0 hesablı qələbədən sonra onlarda eyforiya yaranıb:

«O qarşılaşmadan sonra hamınız şişmisiz. Daha gözünüz ayağınızın altını görmür.

Elə fikirləşirsiz ki, «Qarabağ»ı udmuşuq, bizim işimiz bitib. Biz hələ qarşımıza qoyulan məqsədə çatmamışıq.

Premyer Liqada yerimizi təmin etməmişik. Mövsümün başa çatmasına dörd aya yaxın vaxt var.

İndidən arxayınlaşsaq, çox pis vəziyyətə düşəcəyik. Bundan narahat olmalısız».

Gəncə təmsilçisi ölkə çempionatında keçirdiyi 18 tur ərzində 12 xal toplayıb. «Sarı-göylər» bu nəticə ilə turnir cədvəlinin təhlükəli zonasında - 11-ci yerdə qərarlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 20:00 Çək və bizə göndər!