Premyer Liqadakı yerini qorumaq uğrunda mübarizə aparan “Kəpəz” prinsipial qarşılaşmada məğlub oldu.
Gəncə təmsilçisi ilk dövrədə səfərdə 4:1 hesabı ilə məğlub etdiyi “Şamaxı”ya Yevlaxda nominal meydan sahibi qismində uduzdu – 0:2.
Bir həftə əvvəl “Qarabağ”ı Bakıda eyni hesabla üstələyən Azər Bağırovun rəhbərlik etdiyi kollektivin əsas rəqiblərindən birinə boyun əyməsinin azarkeşlərin qəzəbinə tuş gələcəyini ehtimal etmək olardı.
Lakin əksi yaşandı.
“Kəpəz”in köklü azarkeş qruplarından olan “Xəmsə”nin üzvləri sevimli komandanı paltardəyişmə otağına alqışlarla yola saldı.
Hər zaman nəticə tələb etməsi ilə seçilən gəncəli fanatların atdığı bu addım həm təəccübləndirdi, həm də görüntünü izləyənlərdə xoş təəssürat oynatdı.
Bəli, futbolda qələbə də var, məğlubiyyət də. Komandasını sevən azarkeş hər bir halda dəstək verməyi bacarmalıdır.
HƏBİB / SPORTİNFO.AZ
Xoş mənzərənin görüntülərini təqdim edirik.

