"Səhvlər etdik və istəmədiyimiz bir məğlubiyyət yaşadıq"

17:30 Kəpəz 117
"Səhvlər etdik və istəmədiyimiz bir məğlubiyyət yaşadıq"

Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Kəpəz" "Şamaxı"nı qəbul edib. Matç "Şamaxı"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Sportinfo.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Bağırov matçdan sonra fikirlərini bölüşüb.

Mütəxəssis rəqibin ötən turdakı məğlubiyyətdən sonra bu görüşə daha ciddi və məsuliyyətli yanaşacağını əvvəlcədən təxmin etdiklərini bildirib.

O, komandasının matça maksimum hazırlaşmasına baxmayaraq buraxılan səhvlərin nəticəyə təsir etdiyini etiraf edib:

“Oyunun çətin olacağını, ötən turda alınan məğlubiyyətdən sonra “Şamaxı”nın bu görüşə daha məsuliyyətli yanaşacağını bilirdik. Biz də maksimum şəkildə matça hazırlaşmaq istədik.

Təəssüflər olsun ki, səhvlər elədik və istəmədiyimiz bir məğlubiyyət yaşadıq. Rəqibi təbrik edirəm.

Çempionatın ikinci hissəsi yeni başlayıb. Qarşıda çətin oyunlarımız var. İnanıram ki, öhdəsindən gələcəyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti